
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) rəsmi saytında məıliumat yayıb.
Məlumata görə, Ə.Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) – “Bayer” (Almaniya) matçının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Rob Dieperink VAR, sloveniyalı Alen Boroşak isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma sentyabrın 18-də Kopenhagendəki “Parken” stadionunda keçiriləcək. Start fiti Bakı vaxtı ilə saat 20:45-də çalınacaq.