
Gələn il Azərbaycanda orta aylıq əməkhaqqının 1 170,8 manat olacağı gözlənilir.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, orta aylıq əməkhaqqının 2027-ci ildə 1246,8 manat, 2028-ci ildə 1327,6 manat, 2029-cu ildə isə 1411,8 manat olacağı proqnozlaşdırılır.
Açıqlanan məlumatlardan belə görünür ki, 2026-30-cu illərdə orta aylıq əməkhaqqının 20,5% və ya 241 manat artacağı gözlənilir.
Onu da qeyd edək ki, hazırda Azərbaycanda orta aylıq əməkhaqqı 1 098,1 manat təşkil edir.
Elnur Əli