Bu tarixdə Günəş tutulması olacaq


Sentyabrın 21-i bu ilin ikinci Günəş tutulması baş verəcək. Bu, qismən Günəş tutulmasıdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat verib.
Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Maksimum tutulma sentyabrın 21-i saat 23:43:04-də baş verəcək.
Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Tutulma hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top