Tramp Zelenski ilə gələn həftə görüşə bilər


ABŞ Prezidenti Donald Tramp gələn həftə Nyu Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə bilər.
Yeniavaz.com
“Sky News” telekanalına istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Təl-Əvivə səfərindən əvvəl deyib.
Onun sözlərinə görə, liderlər arasında danışıqlar Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində baş tuta bilər.
Qeyd edək ki, Trampla Zelenski arasında son görüş avqustun 18-də Vaşinqtonda keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top