Maliyyə Nazirliyinin işçiləri “gecələr niyə yatmırlar?” – Təfərrüat


Maliyyə Nazirliyi 2026-cı ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair məlumat açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, məlumatların açıqlanma saatı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Belə ki, ölkə ictimaiyyəti və mətbuat üçün böyük əhəmiyyət kəsb edən məlumat dünən – 15 sentyabr tarixində saat 23:09-da Maliyyə Nazirliyinin rəsmi veb-saytında yerləşdirilib. 1 saat 15 dəqiqədən sonra isə bu məlumat (16 sentyabr, 00:24) nazirliyin sosial şəbəkə hesabında paylaşılıb.
Məlumat üçün bildirək ki, digər nazirliklərdə olduğu kimi, Maliyyə Nazirliyində də əsas iş vaxtı saat 9:00-dan 18:00-a qədər davam edir. Bu səbəbdən nazirliyin bu cür əhəmiyyətli məlumatı iş saatında deyil, gecə saatlarında paylaşması insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top