
2024–2026-cı illər üzrə dövlət borcu ilə bağlı proqnozlar açıqlanıb.
Yeniavaz.com Maliyyə Nazirliyinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, 2024-cü ilin sonunda dövlət borcu 27,38 milyard manat təşkil edib.
Qeyd olunub ki, 2025-ci ildə bu göstəricinin azalaraq 25,4 milyard manata enməsi gözlənilir. 2026-cı ildə isə dövlət borcunun artaraq 27,05 milyard manata çatacağı proqnozlaşdırılır. İl ərzində xalis birbaşa dövlət borclanması 2024-cü ildə 529,8 milyon manat olub. Növbəti il bu rəqəmin mənfi 1,97 milyard manat təşkil edəcəyi, yəni borcun azaldılacağı nəzərdə tutulur. 2026-cı ildə isə 1,65 milyard manat həcmində yeni borclanma planlaşdırılır.
Dövlət borcu üzrə xidmət xərclərinin də artması gözlənilir – 2024-cü ildə 1,3 milyard manat olan bu xərcin 2025-ci ildə 2,4 milyard manata, 2026-cı ildə isə 2,46 milyard manata yüksələcəyi bildirilir.
Elnur Əli