Varşavada hökumət binası üzərində PUA vuruldu


Polşa Dövlət Mühafizə Xidməti hökumət binaları və prezident iqamətgahlarından birinin yerləşdiyi Varşavada Belvedere sarayı üzərində uçan pilotsuz uçan aparatı zərərsizləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat yayıb. 
“İki Belarus vətəndaşı saxlanılıb. Polis hadisənin baş vermə şəraitini araşdırır”, - baş nazir yazıb.
O, başqa təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, sentyabrın 10-na keçən gecə Rusiyanın 20-yə yaxın pilotsuz təyyarəsi Polşa ərazisinə daxil olub. Onları vurmaq üçün Polşa və onun NATO müttəfiqləri qırıcı təyyarələri hava qaldırıb. Bu, ilk dəfə Rusiya pilotsuz təyyarələrinin NATO ərazisi üzərində vurulması idi. Bu hadisədən sonra alyans şərq sərhədlərinin müdafiəsini gücləndirmək üçün “Şərq Mühafizəsi” əməliyyatına başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top