
Azərbaycan güləşçisi Osman Nurmaqomedov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, 92 kilo çəki dərəcəsində çıxış edən idmançı üçüncü yarış günündə gürcüstanlı Miriani Maysuradzeylə üz-üzə gəlib.
Rəqibini 5:1 hesabı ilə məğlub edən idmançımız bürünc medal qazanıb.
Xatırladaq ki, ötən gün Giorgi Meşvildişvili gümüş, Nürəddin Novruzovla Arseniy Djioyev isə bürünc medal qazanıblar.