Bu il ölkəyə gətirilən avtomobillərin sayı və dəyəri açıqlandı


Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 1 milyard 381,4 milyon dollar dəyərində 74 min 481 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com
-un apardığı hesablamaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı 26,4% və ya 15 min 542 ədəd artıb.
Qeyd edək ki, bu ilin ilk 8 ayında idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 543 dollar (31 min 752 manat) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 844 dollar (32 min 46 manat) olub.
Rəqəmlərdən də göründüyü kimi, bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% və ya 301 dollar (294 manat) azalıb.
Qeyd edək ki, artım daha çox daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin (hibrid) idxalında müşahidə olunub. Belə ki, bu ilin ilk 8 ayında xaricdən 37 min 183 ədəd hibrid avtomobil gətirildiyi halda, ötən ilin ilk 8 ayında bundan təxminən 3 dəfəyə yaxın az – 13 min 504 ədəd avtomobil gətirilib.
İdxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 17 min 559 dollar (30 min 69 manat) olub. Ötən ilin eyni dövründə bu göstərici 28 min 874 dollar (49 min 56 manat) təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top