Rusiya səfiri Britaniya XİN-ə çağırıldı


Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin Polşa və Rumıniyada baş verən pilotsuz uçuş aparatı (PUA) insidentləri ilə bağlı Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Böyük Britaniya Polşa, Rumıniya, Ukrayna və NATO-dakı müttəfiqlərimizlə tam həmrəydir və bu məsuliyyətsiz hərəkətləri birmənalı şəkildə pisləyir”, - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlik qeyd edib ki, alyans Rusiyanın hərəkətlərinə ciddi yanaşır.
“NATO müttəfiqlərimizlə birlikdə biz şərq cinahında ən son texnologiyalardan, o cümlədən PUA-ların aşkarlanması və məhv edilməsi vasitələrindən istifadə etməklə müdafiəmizi gücləndiririk”, - Britaniya Xarici İşlər Nazirliyi əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top