Ermənistan Ağrı dağı simvolunun möhürdən çıxarılmasına münasibət bildirib


Ermənistan Milli Assambleyasında keçirilən ənənəvi brifinqdə hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan ölkəyə giriş-çıxış zamanı sərhədçilərin pasportlara vurduğu möhürdən Ağrı dağı simvolunun çıxarılmasına münasibət bildirib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, Artur Hovhannisyan yeni möhürlərdə yalnız Ermənistanın dövlətçilik simvollarının yer alacağını deyib.
Deputatın fikrincə, dövlət rəmzlərində həddindən artıq emosionallığa yol verilməməlidir:
“Qonşularımızla münasibətlərimizdə biz Alma-Ata Bəyannaməsinə arxalanırıq. Çünki hər bir addımımız – istər imza, istərsə də bəyanat şəklində – qonşu ölkələrə təhlükəli mesajlar verməməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top