Azərbaycanda buğda istehsalı azalıb, idxal isə artıb


Bu ilin sentyabr ayının 1-nə olan məlumata görə Azərbaycanda buğda əkilən sahələrin 99,1%-də yığım başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, 474,8 min hektar sahədən 1 milyon 588,7 min ton buğda yığılıb.
Qeyd edək ki, hər hektardan məhsuldarlıq 33,5 sentner olub.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə buğdanın məhsuldarlığı hər hektarda 2,6 sentner artsa da, ümumi yığım azalıb. Azalmanın əsas səbəbi isə bu il daha az sahədə buğda əkilməsi olub. Belə ki, ötən il 546,1 min hektar sahədə buğda əkildiyi halda, bu il 479,1 min hektar sahədə buğda əkilib.
Onu da qeyd edək ki, daxili tələbatı ödəmək üçün bu ilin ilk 7 ayında Azərbaycan Qazaxıstan və Rusiyadan 643,1 min ton buğda idxal edib. Buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 183 min ton çox olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top