
ABŞ Prezidenti Donald Trampın administrasiyası “TikTok” sosial şəbəkəsinin sahibi olan Çinin “ByteDance” şirkətinin Amerikadakı aktivlərini satmaq qərarı ilə bağlı vaxtı dördüncü dəfə uzatmaq niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Agentliyin mənbəsi bildirib ki, İspaniyada ABŞ-Çin məsləhətləşmələrində “TikTok”un bloklaması qərarı ilə bağlı məsələ də müzakirə olunacaq.
Belə ki, əvvəllər “Reuters”in qeyd etdiyi kimi, “Tiktok”un taleyi əvvəllər iki ölkənin danışıqlarının gündəliyinə daxil edilməyib.
“ByteDance”in ABŞ-də “TikTok”u satmasını və ya bağlanmasını tələb edən qanun Bayden administrasiyası tərəfindən 2024-cü ildə qəbul edilib. Tramp isə öz növbəsində platformaya qarşı “isti hisslər” keçirdiyini, çünki istifadəçilərinin səsləri ona prezident seçkilərində qələbə gətirdiyini bildirib. 2025-ci il yanvarın 20-də andiçmə mərasimindən sonra o, platformanın ABŞ-də bloklanmasını təxirə salan sərəncam imzalayıb. Sonuncu uzadılma ilə bağlı qərar iyun ayında verilib. Bu müddət sentyabrın 17-də başa çatır.