Makqreqor prezidentliyə namizədlikdən imtina etdi


Keçmiş Ultimate Fighting Championship (UFC) çempionu Konor Makqreqor bu ilin payızında İrlandiyada keçiriləcək prezident seçkilərində iştirakdan imtina etdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Ailəmlə diqqətlə düşünüb müzakirə etdikdən sonra prezident seçkilərində namizədliyimi geri götürürəm. Bu, asan qərar deyildi, amma indiki məqamda düzgün qərardır”, - o, bildirib.
“Mənim üçün bu seçkilər sonuncu deyil, bu, siyasi yolumun başlanğıcıdır”, - döyüşçü qeyd edib.
Qeyd edək ki, Makqreqorun 37 yaşı var. Onun qarışıq döyüş növləri üzrə 22 dəfə qələbə və 6 dəfə məğlub olub. İrlandiyalı yüngül və yüngül çəki dərəcələrində UFC titullarına sahibdir.

DİGƏR XƏBƏRLƏR

Top