
İngiltərənin “Liverpul” klubunun vingeri Məhəmməd Salah yeni rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 4-cü turunun matçında 11 metrlik penalti zərbəsini dəqiq yerinə yetirib.
Bununla da, misirli İngiltərə çempionatlarında “Liverpul”un heyətində 35-ci penaltisini vuraraq, 34 penalti ilə son rekordçu olan Billi Liddellin rekordunu yeniləyib.
Qeyd edək ki, bu qol Salahın İngiltərə Premyer Liqasında 188-ci qolu olub və bunun sayəsində 33 yaşlı misirli çempionat tarixinin ən yaxşı bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib.
Xatırladaq ki, Bernlidə keçirilən görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Bununla da, Arne Slotun rəhbərlik etdiyi komanda Premyer Liqanın startında dördüncü qələbəsini qazanıb. Hazırda “Liverpul” 12 xalla turnir cədvəlində birincidir.