Bakının işğaldan azad olunmasından 107 il ötür


Tarixdə bu gün - 15 sentyabr 1918-ci il Bakının işğaldan azad olunduğu gündür.
Yeniavaz.com
xəbər verir ki, Qafqaz İslam Ordusu sentyabrın 14-nə keçən gecə Bakı üzərinə başlanan növbəti hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirib. Elə həmin günün axşamı Denstervilin qoşunu gəmilərlə Bakını tərk edərək Ənzəliyə qayıdıb. Sentyabrın 15-də isə döyüşlər o qədər də uzun sürməyib. Həmin gün Sentrokaspi Diktaturası məğlub olub. Bakının azad olunması üçün türk-Azərbaycan qüvvələrinin apardıqları iki günlük əməliyyat parlaq qələbə ilə başa çatdırılıb.
Sentyabrın 16-da parlaq qələbə münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirilib. Paradda Nuru paşa, Xəlil paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin hökumət üzvləri, eləcə də Bakı və ətraf kəndlərin sakinləri iştirak ediblər. 

DİGƏR XƏBƏRLƏR

Top