
BMT Baş Assambleyasının prezidenti Annalena Berbok etiraf edib ki, Ukrayna böhranının həlli üzrə danışıqlar başa çatdıqdan sonra BMT-nin himayəsi altında Ukraynaya sülhməramlı missiya göndərmək mümkün olacaq.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “Bild”ə müsahibəsi zamanı danışıb.
“Əgər sülh yolu ilə nizamlanmaya dair razılaşma əldə olunarsa, onun mümkün olan maksimum dərəcədə həyata keçirilməsini təmin etməyə dəyər. Və əgər BMT-yə üzv ölkələrin əksəriyyəti bəyan edərsə ki, BMT-nin Ukraynada sülhməramlı fəaliyyəti də zəruridir, onda biz ümid edirik ki, bu, davamlı sülhü təmin edə biləcək”, - Berbok bildirib.
Almaniya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri bu ehtimalı sülh danışıqlarının prioritetliyi ilə əlaqələndirib.