Qəzzada ölü və yaralıların ümumi sayı 230 minə çatır


Son 24 saatda Qəzza zolağındakı xəstəxanalara 68 meyit və 346 yaralı gətirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrail ordusunun Qəzzada 19 yanvarda əldə olunmuş atəşkəsi pozaraq 18 martdan bəri həyata keçirdiyi hücumlarda 12 min 321 fələstinli həyatını itirib, 52 min 569 nəfər yaralanıb.
“İsrailin Qəzza zolağına 7 oktyabr 2023-dən bəri həyata keçirdiyi hücumlarda həyatını itirənlərin ümumi sayı 64 min 871-ə, yaralıların sayının isə 164 min 610-a yüksəlib”, - Nazirliyin məlumatında deyilir.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə meyitin olduğu bildirilir.
Həmçinin son 24 saatda anklavda daha 2 fələstinli aclıqdan ölüb. 7 oktyabrdan bəri aclıq səbəbilə ölən qəzzalıların sayı 145-i uşaq olmaqla 422-ə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top