
Yasamal rayonu ərazisində yerləşən MİDA yaşayış kompleksində maraqlı hadisə baş verib.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, yuxarı mərtəbədə yaşayan bir sakin mənzilinin balkonunda kabab bişirib. Qalxan tüstü isə həm həyətə, həm də qonşu mənzillərə yayılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və polis əməkdaşları cəlb olunub.
Müvafiq qurumların nümayəndələri sakinlə söhbət edərək, belə halların təhlükəli olduğunu, çoxmənzilli binalarda yanğın təhlükəsi yaratdığını xatırladıblar.