
Bu ilin iyul ayı ərzində Azərbaycandan Rusiyaya 9 min 6 ton pomidor ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin iyul ayında Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb. Belə ki, ötən ilin iyul ayında Azərbaycandan Rusiyaya cəmi 2 min 633 ton pomidor göndərilib.
Qeyd edək ki, ixrac olunan pomidorun miqdarı artsa da, dəyəri azalıb. Ötən ilin iyul ayında Rusiyaya ixrac edilən pomidorun 1 kiloqramının orta gömrük dəyəri 1,62 manat olduğu halda, bu ilin iyulunda 1,45 manata düşüb.
Elnur Əli