
Bu ilin ilk 8 ayı ərzində Azərbaycanda 2 309 ədəd minik avtomobili istehsal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 12,1% azalıb.
Bundan başqa ötən il ölkədə 220 ədəd yük avtomobili istehsal olunub və ötən ilin analoji dövrü ilə müqayisədə 43,6% azalıb.