Xəzər dənizi üzərində qorxulu təbiət hadisəsi baş verib – Video


Xəzər dənizi üzərində güclü tornado müşahidə olunub.
Yeniavaz.com
xəbər verir ki, hadisə şahidləri qorxulu təbiət hadisəsini videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Kadrlardan görünür ki, Kaspiysk sahillərinə yaxın ərazidə iri qasırğa əmələ gəlib. Yerli sakinlərin lentə aldığı videoda tornadonun pəncərələrdən aydın göründüyü bildirilir.
Məlumata görə, “Dağıstan Ford Boyard” kimi tanınan, Dağdizel zavodunun səkkizinci sexi kimi fəaliyyət göstərmiş və tərk edilmiş binanın üzərində iki krater yaranıb. Onlardan biri iri, digəri isə nisbətən nazikdir.
Xatırladaq ki, cəmi altı ay əvvəl həmin binanın məşhur qülləsi güclü yağışların təsiri ilə uçmuşdu. İndi isə obyekt tornadonun təhlükəsi ilə üz-üzə qalıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Yeniavaz.com (@yeniavaz_com)

DİGƏR XƏBƏRLƏR

Top