
Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Amman (İordaniya) və Brasovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı Bakıya həvalə edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul - 2 avqustda Milli Gimnastika Arenasında müəyyənləşəcək.
17 yaşadək güləşçilər arasında 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək.
Xatırladaq ki, analoji yarış 2012-ci ildə də Bakıda keçirilib.