
“Mən bu barədə düşündüm və özüm üçün qərara gəldim ki, siyasət əslində qadın işi deyil, xüsusən də Çeçenistanda. Ona görə də Ayşat özü getmək arzusunu bildirəndə razılaşdım”.
Yeniavaz.com xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
“O, indi təkcə dəblə məşğul deyil. Onun başqa biznes layihələri də var ki, onları çox yaxşı aparır. Yeri gəlmişkən, təkcə Ayşat deyil, daha iki qızım da siyasəti tərk edib”, - Kadırov əlavə edib.
Qeyd edək ki, Çeçenistan rəhbərinin böyük qızı Ayşat Kadırova 31 dekabr 1998-ci ildə anadan olub. O, Çeçenistan Dövlət Universitetini bitirib, 2016-cı ildən “Firdaws” moda evinin direktorudur. 2020-ci ildə o, Çeçenistan mədəniyyət nazirinin birinci müavini, 2021-ci ildə isə nazir vəzifəsinə təyin edilib. Ayşat Kadırova 2023-cü ildə respublika hökuməti sədrinin müavini vəzifəsinə təyin edilib. 2025-ci ilin fevralında isə vəzifəsini tərk etdiyini və moda biznesinə qayıtdığını elan edib.