“NATO ölkələri Rusiya neftini almağı dayandırarsa, sanksiyalar tətbiq edəcəyəm” – Tramp


ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Alyansının bütün üzvlərinin birgə hərəkət edərək Rusiyadan neft almasını dayandıracağı təqdirdə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri sosial şəbəkə hesabında paylaşım edib və mesajını “bütün NATO ölkələrinə və dünyaya mesaj” adlandırıb.
“Bütün NATO ölkələri razılığa gəlsə və birgə fəaliyyətə başlasa və bütün NATO ölkələri Rusiyadan neft almağı dayandırsa, mən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazıram”, - Ağ Evin rəhbəri yazıb.
Amerika prezidenti izah edib ki, onun nöqteyi-nəzərindən NATO qələbəyə 100 faiz sadiqlik nümayiş etdirmir və o, alyansın bəzi ölkələrinin Rusiyadan neft almasını “şok” adlandırıb. Onun fikrincə, bu, alyansın danışıqlar mövqeyini zəiflədib.
“İstənilən halda, siz hazır olanda başlamağa hazıram. Sadəcə vaxtı deyin”, - Tramp yazıb.
 

DİGƏR XƏBƏRLƏR

Top