
Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının yaşayış binasına hücumu nəticəsində iki Belqorod sakini yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.
Xəsarət alan kişi və qadın “barotravma” ilkin diaqnozu ilə şəhər xəstəxanasına yerləşdirilib.
Həmçinin, səhər saatlarında Qladkov Ukrayna PUA-larının Belqoroda daha iki hücumu barədə məlumat verib. Onlardan birinin nəticəsində 20 yaşlı qız qəlpə yaraları alıb.
Digər hücum zamanı pilotsuz təyyarə sərnişin avtobusunun yanında partlayıb - 16 yaşlı qız və iki böyük yaralanıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, sentyabrın 10-dan etibarən Belqorodda Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələrin hücumlarına görə iri ticarət mərkəzləri bağlanıb. Məktəblərdə və universitetlərdə dərslər distant formada keçirilir.