
AFFA milli komandaya baş məşqşi kimi Fatih Terimi gətirmək istəyir.
Yeniavaz.com xəbər verir ki, bu iddia ilə türkiyəli idman jurnalisti Ozan Zeybek “X” sosial şəbəkə hesabında çıxış edib.
“Azərbaycan Futbol Federasiyası milli komandanın baş məşqçisi vəzifəsi üçün Fatih Terimi düşünür”, - o bildirib.
Qeyd edək ki, AFFA sentyabrın 8-də Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollarını ayırıb. Bu barədə qərar millimizin sentyabrın 5-də səfərdə İslandiyaya 5:0 hesabı ilə məğlub olmasından sonra qəbul edilib.
zerbaycan Futbol Federasyonu Milli Takım Teknik Direktörlük görevi için Fatih Terim’i düşünüyor…
— Ozan Zeybek (@zeybekozan) September 9, 2025