
“Real Madrid”in keçmiş baş məşqçisi Zinəddin Zidan tezliklə Fransa millisinin baş məşqçisi kimi futbola qayıdacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.
Məlumata görə, Fransa Futbol Federasiyası artıq onunla prinsipial razılığa gəlib.
Milli komandanın hazırkı baş məşqçisi Didye Deşam 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının sonuna qədər komandaya rəhbərlik edəcək. Turnirin sonunda o, postunu Zidana təhvil verəcək.
Qeyd edək ki, Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real Madrid”in baş məşqçisi olub.
O, bu illərdə iki dəfə La Liqanı, üç dəfə Çempionlar Liqasını qazanıb.