
“ABŞ G7 ölkələrinə Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi üçün hüquqi mexanizm hazırlamağı təklif edəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Amerikanın əldə etdiyi təklifi əks etdirən sənədə istinadən məlumat yayıb.
Bu pulun Ukraynanın müdafiəsini maliyyələşdirmək üçün istifadə edilməsi təklif edilir. Söhbət təxminən 300 milyard dollardan gedir ki, onun da böyük hissəsi Avropada dondurulub.
“Bloomberg” mənbələrinə görə, Amerika rəsmiləri avropalı həmkarları ilə Moskvanı müharibəni dayandırmaq üçün danışıqları davam etdirməyə məcbur etmək üçün təzyiqi artırmaq üçün dondurulmuş aktivlərin mərhələli şəkildə müsadirə edilməsi ideyasını müzakirə ediblər.
ABŞ həmçinin təklif edir ki, G7 Rusiya neftinin alınmasına görə Çin və Hindistana 50%-dən 100%-ə qədər rüsum tətbiq etsin, Rusiyanın “kölgə donanmasına” qarşı sanksiyalar, dəniz sığortasına qadağa, həmçinin Rusiya hərbi sənayesini dəstəkləyən təşkilatlara və regional banklara qarşı sanksiyalar tətbiq etsin.