“Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb” – Kreml


“Rabitə kanalları yaradılsa da, Rusiya və Ukrayna danışıqlar qrupları arasında qarşılıqlı əlaqə dayandırılıb”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rabitə kanalları mövcuddur, bu kanallar qurulub. Danışıqçılarımızın bu kanallar vasitəsilə əlaqə saxlamaq imkanı var, lakin hələlik, yəqin ki, daha çox fasilədən danışmaq daha məqsədəuyğun olar”, - Kremlin nümayəndəsi bildirib.

DİGƏR XƏBƏRLƏR

Top