
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 20 min 654 nəfər və ya 0,2 faiz artaraq bu ilin avqust ayının 1-də 10 milyon 245 min 543 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, avqust ayının 1-nə kimi işğaldan azad edilən ərazilərin bərpa olunan yaşayış məntəqələrinə 18 min 167 nəfərdən ibarət 4 min 591 ailənin qayıdışı təmin edilib. Həmin tarixə işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 36 min 12 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1 150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilən ərazilərdə məskunlaşan əhalinin ümumi sayı 55 min 329 nəfər olub.