
Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyi tərəfindən 54 min 898 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,8-dən 9,2-ə düşüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 1854-ü əkiz, 72-si isə üçəm olub.
Onu da qeyd edək ki, bu ilin yeddi ayı ərzində ölkədə 34 min 994 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.