
Polşa yerli vaxtla gecə yarısı (Bakı vaxtı ilə saat 02:00) Belarusla sərhəddə o vaxta qədər fəaliyyət göstərən bütün sərhəd keçidlərini bağlayıb.
Yeniavaz.com “TVP İnfo” telekanalına istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri Marçin Kervinski mətbuat konfransında məlumat verib.
“Gecə yarısı Belarusla sərhədi bağladıq. Bu, “Zapad-2025” təlimləri ilə bağlıdır”, - nazir bildirib.
“Hərəkət bərpa olunacaq, lakin yalnız polyakların təhlükəsizliyinin təmin olunduğuna əmin olduqdan sonra. İqtisadi baxımdan biz sərhəddə hərəkətin mümkün qədər tez bərpa olunmasını təmin etməyə çalışacağıq”, - o əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz