Makron Polşada patrul etmək üçün üç döyüş təyyarəsi göndərəcək


Fransa Prezidenti Emmanuel Makron Polşanın hava məkanında və Şərqi Avropanın digər ölkələrində patrul xidmətinin həyata keçirilməsi üçün Polşaya üç “Rafale” döyüş təyyarəsi göndərəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
“Rusiyanın pilotsuz təyyarələrinin Polşaya daxil olmasından sonra mən NATO müttəfiqlərimizlə birlikdə Polşanın hava məkanını və Avropanın şərq cinahını qorumaq üçün üç “Rafale” qırıcısını səfərbər etmək qərarına gəldim. Dünən mən Polşanın baş nazirinə belə bir söz verdim”, - Makron bildirib.
O, əlavə edib ki, o, bu qərarı NATO-nun baş katibi Marko Rütte və şərq cinahın qorunmasında da iştirak edən Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə müzakirə edib.
Makronun fikrincə, Rusiyanın artan hədə-qorxularına boyun əyməmək lazımdır.
Xatırladaq ki, sentyabrın 10-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynaya zərbələr endirərkən 20-yə yaxın Rusiya pilotsuz təyyarəsi Polşa ərazisinə daxil olub. Rusiyanın pilotsuz təyyarələri ilk dəfə NATO ölkələrindən birində vurulub. Rusiya Müdafiə Nazirliyi Polşadakı hədəfləri vurmağı planlamadığını bildirib. 
 

DİGƏR XƏBƏRLƏR

Top