Bu il Azərbaycanda muzdlu işçilərin sayı 10,1 min nəfər azalıb


Bu il avqust ayının 1-ə olan rəsmi məlumatlara görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı 1 milyon 768,4 min nəfər olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 858,1 min nəfəri dövlət sektorunda, 910,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə muzdla çalışan işçilərin sayı 1 milyon 759 min nəfər olub və onlardan 881,7 min nəfəri dövlət sektorunda, 877,3 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir ildə dövlət sektorunda işləyən işçilərin sayı 23,6 min nəfər azalıb, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə 33 min nəfər artıb.
Onu da bildirək ki, bu ilin əvvəli ilə müqayisədə Azərbaycanda muzdlu işçilərin sayı 10,1 min nəfər azalıb.
Qeyd edək ki, son 10 ildə (2016-2025-ci illər) Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı cədvəldəki kimi olub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top