Rus alimlər Putini təəccübləndirən yeni texnologiya barədə məlumat veriblər


Rusiyanın Sirius Elmi-Texnoloji Universitetinin tədqiqatçıları Prezident Vladimir Putinə qeyri-adi ixtira barədə məlumat veriblər.
Yeniavaz.com
xəbər verir ki, yeni texnologiya ekrana toxunduqda virtual obyektləri hiss etməyə imkan verir.
Universitetin Elmi Şurasının sədri Roman İvanov Putinə layihə barədə məlumat verib. O bildirib ki, ideya əvvəlcə Almaniyada işləyən estoniyalı mütəxəssis tərəfindən irəli sürülüb, hazırda isə Siriusun laboratoriya kompleksində inkişaf etdirilir.
Layihənin əsas mahiyyəti ondadır ki, ekrandakı təsvir toxunma hisslərini birbaşa insanın reseptorlarına ötürür. Beləliklə, istifadəçi, məsələn, telefon ekranında göstərilən pişiyi sığallayaraq onun tüklərini real kimi hiss edə bilər.
Mütəxəssislər bildirirlər ki, bu texnologiya yalnız əyləncə məqsədi daşımır. Onun tibbdə böyük potensialı var. Yeni qurğular həkimlərə uzaqdan əməliyyat apararkən xəstənin orqan və damarlarını hiss etməyə imkan verə bilər. Həmçinin protez istifadə edən insanlarda toxunma həssaslığının bərpası üçün də tətbiqi nəzərdə tutulur.
Sirius alimləri cihazın ilk işlək prototipini 2027-ci ilə qədər təqdim etməyi planlaşdırırlar.
Qeyd edək ki, yeni ixtira barədə məlumat verilərkən Rusiya prezidenti təəccübünü gizlədə bilməyərək “Həqiqətən?” (“Да ладно?”) deyə reaksya verib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top