
Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo dünya çempionatının seçmə oyunlarında vurulan qolların sayına görə rekordu təkrarlayıb.
Yeniavaz.com xəbər verir ki, o, Macarıstanla səfərdə 58-ci dəqiqədə penaltidən qol vuraraq, Dünya Çempionatının seçmə mərhələsindəki qol sayını 39-a çatdırıb.
Bununla da, Ronaldo 2017-ci ildə karyerasını başa vurmuş 1vatemalalı hücumçu Karlos Ruisin nəticəsini təkrarlayıb.
Bu göstəricidə Ronaldonun ən yaxın izləyicisi argentinalı hücumçu Lionel Messidir (36). Bununla belə, futbolçu Cənubi Amerikada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin son oyununu buraxacaq. Belə ki, sentyabrın 10-a keçən gecə argentinalılar səfərdə Ekvador yığması ilə qarşılaşacaq. Hər iki komanda DÇ-2026-nın final mərəhələsində iştirakını təmin edib.
Qeyd edək ki, Ronaldonun qolundan sonra hesab 2:1 portuqalların xeyrinə olub.