Mərkəzi Bank sabah faizlə bağlı növbəti qərarını açıqlayacaq


Sabah – 10 sentyabr 2025-ci il tarixində Mərkəzi Bank 2025-ci il üzrə 5-ci faiz qərarını açıqlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Məlumatda bildirilir ki, Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 10 sentyabr 2025-ci il tarixində saat 11:00-da yayımlanacaq.
Məlumat üçün bildirək ki, Mərkəzi Bank uçot faiz dərəcəsini sonuncu dəfə 23 iyul 2024-cü il tarixində dəyişdirib. Həmin tarixdə uçot dərəcəsi 0,25 faiz bəndi azaldılaraq 7% səviyyəsinə düşürülüb. Bundan əvvəl isə uçot faiz dərəcəsi 2024-cü ilin may ayının 2-də dəyişdirilib. Həmin tarixdə də uçot dərəcəsi 0,25 faiz bəndi azaldılaraq 7,25% səviyyəsinə düşürülüb.
Qeyd edək ki, uçot dərəcəsinin dəyişdirilməsində əsas məqsədlərdən biri inflyasiya səviyyəsini nizamlamaqdan ibarətdir. Uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi Mərkəzi Bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni Mərkəzi Bank banklara və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (7%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən 100 min manatdan əlavə olaraq 7 min manat ödəməli olacaq.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top