
Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ilə Bülbül prospektinin kəsişməsində yeraltı orta təzyiqli kəmərdə aşkar olunmuş sızmanın ləğv edilməsi ilə əlaqədar sentyabrın 9-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə S.Əsgərova, C.Məmmədquluzadə, Mərdanov qardaşları, S.Rüstəm, R.Behbudov küçələrinin və Bülbül prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Tətbiqimizi yükləyə bilərsiniz