Netanyahu Qəzza sakinlərini şəhəri tərk etməyə çağırdı


“İsrail ordusu yaxın vaxtlarda Fələstinin Qəzza şəhərinə genişmiqyaslı hücuma keçəcək, bununla əlaqədar yerli sakinlər oranı dərhal tərk etməlidirlər”.
Yeniavaz.com
xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib. 
O xatırladıb ki, son bir neçə gün ərzində İsrail ordusu Qəzzada bir neçə hündürmərtəbəli binanı dağıdıb. İsrail tərəfinin bildirdiyinə görə, bu hündürmərtəbəli binalar HƏMAS hərəkatının radikalları tərəfindən hərbi məqsədlər üçün istifadə olunur. Baş nazirin sözlərinə görə, iki gün ərzində İsrail Hərbi Hava Qüvvələri artıq Qəzzada 50 hündürmərtəbəli binanı dağıdıb:
“Bütün bunlar yalnız bir başlanğıcdır, əsas intensiv hərəkətlərə hazırlıqdır. Bu baxımdan fürsətdən istifadə edərək Qəzza sakinlərinə deyirəm: Diqqətlə qulaq asın, sizə xəbərdarlıq edilib, oradan çıxın!”.
Qeyd edək ki, Qəzza şəhəri üzərində tam nəzarəti bərqərar etmək və HƏMAS-ı məğlub etmək məqsədi ilə ordunun hücum planları avqustun sonunda Netanyahu tərəfindən təsdiqlənib. 

DİGƏR XƏBƏRLƏR

Top