Simonyanda xərçəng aşkarlandı – RT-dən ayrıla bilər


“Russia Today” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan bildirib ki, ona “dəhşətli, ciddi” xəstəlik diaqnozu qoyulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist “Vladimir Solovyovla axşam” verilişinin efirində deyib.
Simonyan döş qəfəsinin sol tərəfini göstərərək əməliyyat olunacağını bildirib. Sonra o, mastektomiyadan (süd vəzilərinin çıxarılması) danışdığını açıqlayıb.
Media bazarındakı Marqarita Simonyana yaxın mənbə “The Moscow Times”a bildirib ki, o, xərçəng xəstəliyinə tutulub və səhhətində çox ciddi problemlər var. Mənbə iddia edir ki, hazırda Simonyanın “Russia Today”də fəaliyyətini davam etdirməsi, o cümlədən onun işdən getməsi variantı müzakirə edilir.
Marqarita Simonyanın 45 yaşı var. O, 2005-ci ildən RT-yə, 2013-cü ildən isə “Russia Today”-ə rəhbərlik edir. Marqarita Simonyanın əri, 59 yaşlı rejissor və NTV-nin aparıcısı Tiqran Keosayan 2025-ci ilin yanvarında klinik ölüm keçirib və o vaxtdan komadadır.

DİGƏR XƏBƏRLƏR

Top