Bankomatların 54, POS-terminalların isə 62 faizi Bakıda yerləşir


Bu ilin avqust ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda ümumilikdə 3 min 442 bankomat, 147 min 478 POS-terminal və 2 min 108 özünəxidmət terminalı fəaliyyət göstərir.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkədəki bütün bankomatların yarıdan çoxu – 53,6%-i paytaxt Bakının payına düşür.
Belə ki, Bakıda 1 847 bankomat mövcuddur. Bakıdan sonra ən çox bankomat Abşeron-Xızı (240 bankomat və ümumilikdə 7% pay) və Gəncə-Daşkəsən iqtisadi rayonlarındadır (177 bankomat – 5,1%). Ən az bankomat isə Şərqi Zəngəzur iqtisadi rayonunda (cəmi 15 ədəd) fəaliyyət göstərir.
POS-terminallar üzrə də oxşar mənzərə müşahidə olunub. 147 min 478 terminalın 90 min 791-i Bakıda yerləşir ki, bu da ölkə üzrə ümumi göstəricinin 61,5%-i deməkdir. Yəni POS-terminalların təxminən üçdə ikisi paytaxtda cəmləşib. Abşeron-Xızı (9 min 642 terminal) və Lənkəran-Astara (5 min 551 terminal) iqtisadi rayonları ikinci və üçüncü yerlərdə qərarlaşıb. Ən aşağı rəqəm yenə də Şərqi Zəngəzura məxsusdur – 183 terminal.
Özünəxidmət terminallarının bölgüsünə nəzər saldıqda da Bakının üstünlüyü görünür. 2 min 108 terminalın 1 055-i, yəni ümumi sayın 50%-i paytaxtda yerləşir. Regionlar üzrə müqayisədə ən az göstərici Şərqi Zəngəzurdadır – cəmi 3 özünəxidmət terminalı.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top