İsraildə silahlı insident: Xeyli sayda ölü və yaralı var


İsraildə Yerusəlimin Ramot qovşağında silahlı insident baş verib.
Yeniavaz.com
İsrailin Milli Təcili Yardım Xidmətinə istinadla xəbər verir ki, atışma nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.
Məlumata görə, atışmada yaralanan 5 nəfərin vəziyyəti ağırdır.
Tibb işçiləri zərərçəkənlərə yardım edir. Hücumdan sonra Yerusəlimə giriş bağlanıb.
Hadisə şahidlərinin sözlərinə görə, iki silahlı şəxs tıxacda qalan avtobusa atəş açıb. Hərbçi və mülki şəxs cavab atəşi açıb.
İsrail polisi atəş açan iki şəxsi zərərsizləşdirdiklərini açıqlayıb.
Mərkəzi Komandanlıq İsrail polisi və Təhlükəsizlik Xidməti (Şin Bet) ilə birlikdə terrorçuların şəxsiyyətini müəyyənləşdirir.
Şin Betin məlumatına görə, hücumu həyata keçirənlər İordan çayının qərb sahilindən olan fələstinlilərdir. Onların şəxsiyyəti İsrail təhlükəsizlik orqanları tərəfindən müəyyən edilir.
Polis hadisənin terror aktı kimi qiymətləndirildiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top