Türkiyədə yeniyetmə bölməyə silahlı basqın etdi – İki polis öldü


Türkiyənin İzmir vilayətində polis bölməsinə silahlı hücum edilib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə vilayətin Balçova rayonunda qeydə alınıb.
Bildirilir ki, Çetin Emeç məhəlləsindəki Salih İşgören Polis Bölməsinə daxil olan 16 yaşlı yeniyetmə ov tüfəngindən atəş açıb və nəticədə 2 polis əməkdaşı həlak olub.
Daha bir polis əməkdaşının ağır bədən xəsarətləri aldığı bildirilir.
Hadisənin səbəbləri araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top