
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
Bildirilir ki, "Hyundai" markalı avtomobil 99-XM-330 dövlət qeydiyyat nişanlı avtomobillə "Mercedes" markalı 10-XE-462 qeydiyyat nişanlı mikroavtobus toqquşub. Nəticədə 10-dan çox xəsarət alan var. Yaralılar xəstəxanaya çatdırılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib ki, hadisə ilə bağlı araşdırma aparılır.
O bildirib ki, hadisə bu gün səhər 06:00 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda qeydə alınıb.
Tətbiqimizi yükləyə bilərsiniz