HƏMAS dərhal danışıqlar masasına oturmağa hazır olduğunu açıqladı


Fələstinin HƏMAS hərəkatı dərhal danışıqlar masasına oturmağa və bütün girovların azad edilməsini müzakirə etməyə hazır olduğunu açıqlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, təşkilat bunun müqabilində İsraildən müharibənin dayandırılması, qoşunların Qəzza zolağından tamamilə çıxarılması və Qəzzanı idarə etmək üçün müstəqil Fələstin komitəsinin yaradılması ilə bağlı açıq bəyanat tələb edib.
HƏMAS vasitəçilər vasitəsilə atəşkəsə nail olmaq üçün Amerika tərəfinin bəzi təklifini qəbul etdiyini təsdiqləyib.
Qeyd edək ki, HƏMAS-ın bəyanatından əvvəl ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media platformasında yazıb ki, İsrail girovların azad edilməsi və müharibənin dayandırılması ilə bağlı şərtləri artıq qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top