
Rusiya Prezidenti Vladimir Putin özü haqqında çəkilən filmləri və yazılan kitabları izləmir və oxumur.
Yeniavaz.com xəbər verir ki, bunu TASS-a müsahibəsində Putinin mətbuat katibi Dmitri Peskov dryib.
Onun sözlərinə görə, Putin sadəcə olaraq buna vaxt itirmək istəmir.
Mətbuat katibi əlavə edib ki, Rusiya prezidenti əsasən tarixi filmlərə və seriallara – ilk növbədə sənədli janrda olanlara üstünlük verir və bəzən onları səfərlərə gedərkən və ya qayıdarkən yolda izləyir.
Qeyd edək ki, sentyabrın 3-də Pekində keçirilən mətbuat konfransında Rusiya prezidenti öz obrazını britaniyalı aktyor Cud Lounun canlandırdığı “Kremlin sehrbazı” filmindən ilk dəfə xəbər tutduğunu deyib
Filmin premyerası avqustun sonunda Venesiya Kino Festivalında baş tutub.
Tətbiqimizi yükləyə bilərsiniz