
Çeçenistan lideri Ramzan Kadırov bildirib ki, indiki vəziyyətdə Rusiya ilə Ukrayna arasında gedən döyüşlərin dayandırılmasının tərəfdarı deyil.
Yeniavaz.com xəbər verir ki, o bu barədə RİA Novosti-yə danışıb.
“Mən mövcud vəziyyətlə bağlı heç də hərbi əməliyyatların dayandırılmasının tərəfdarı deyiləm. Hərbi əməliyyatın məqsəd və vəzifələri havadan çıxarılmır. Onların arasında Rusiyanın təhlükəsizliyinin təminatı da var. Sərhədlərimizdə sülh yalnız Ukrayna Rusiyanın regionu və ya dairəsi olanda mümkün ola bilər”, - Kadırov bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz