Rusiyanın hücumu nəticəsində ilk dəfə hökumət binası zədələndi – Foto


Sentyabrın 7-nə keçən gecə Rusiya Ukraynaya növbəti dəfə kütləvi hücum həyata keçirib.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, bir sıra şəhərlər, o cümlədən Kiyev, Odessa, Dnepr, Krivoy Roq və digərləri atəşə tutulub.
Baş nazir Yuliya Sviridenko bildirib ki, genişmiqyaslı müharibə başlayandan bəri ilk dəfə hökumət binası hücum nəticəsində zədələnib.
“Dam və yuxarı mərtəbələr zədələnib. Xilasedicilər yanğını söndürür. Əməyinə görə onlara təşəkkür edirəm. Binaları bərpa edəcəyik. Amma itirilmiş insanları geri qaytarmaq mümkün deyil. Düşmən ölkə boyu hər terror aktları törədir və insanlarımızı öldürür”, - o “Telegram” kanalında yaydığı videomüraciətdə deyib.
O bildirib ki, Ukraynanın Rusiya ilə mübarizəni davam etdirə bilməsi üçün silaha ehtiyacı var:
“Bu, terroru dayandıracaq və Rusiyanın hər gün ukraynalıları öldürməyə cəhd etməsinə mane olacaq”.


DİGƏR XƏBƏRLƏR

Top