“Porsche” elektrik avtomobilləri üçün simsiz enerji doldurma sistemini təqdim etdi


İlin sonunda təqdim olunacaq yeni nəsil “Porsche Cayenne” modeli smartfonların simsiz doldurulması ilə eyni prinsiplə işləyən simsiz akkumulyatorun doldurulması funksiyası ilə işləyəcək.
Yeniavaz.com “Drom.ru”ya istinadən xəbər verir ki, akkumulyatorun enerji təchizatını artırmaq üçün avtomobili doldurma meydançasının üzərinə elə yerləşdirmək lazımdır ki, o, ön təkərlərin altında yerləşsin.
Şirkət bildirir ki, qurğu 11 kVt-a qədər gücə malik elektromaqnit sahəsi yaradacaq və avtomobildən ayrıca satılacaq. Evdə quraşdırıla bilərək məişət elektrik şəbəkəsinə qoşulacaq.
Simsiz şarj cihazının prototipi Münhendə keçirilən mobil elektronika sərgisində təqdim olunub.

DİGƏR XƏBƏRLƏR

Top